Bitkoin 20 min dollardan 4,354 dollara düşdü

Adəm Abbaslı/AZADİNFORM. Dünyanın ən populyar kriptovalyutası olan bitkoin 5 min dollar həddindən aşağı düşüb.

Azadinform-a məlumatına görə, bu göstərici 2017-ci ilin oktyabrından bəri ilk dəfə qeydə alınıb.

Ötən gün bitkoinin qiyməti sutka ərzində 10 faiz azalaraq 4,500 dollara bərabər olub.

Daha sonrakı saatlarda bitkoin ucuzlaşmaqda davam edərək 4,354 dollaradək enib .

Xatırladaq ki, ötən ilin dekabrında bitkoinin qiyməti 20 min dollaradək yüksəlmişdi.

21.11.2018 09:15 / Baxılıb: 313 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo