İsrailin daxili işlər naziri maliyyə fırıldağında ittiham olunur

İsrailin daxili işlər naziri, ŞAS Partiyasının lideri Arye Deri maliyyə fırıldağında ittiham olunur.

Azadinform "Anadolu"ya istinadan xəbər verir ki, nazir vergidən yayınmaq, çirkli pulların yuyulması və başqa maliyyə cinayətlərində günahkar bilinir.

Polisdən bildirilib ki, A.Deri cinayətlərin çoxunu 2015-ci ilədək - daxili işlər naziri təyin olunanadək törədib.

O, 2000-ci ildə korrupsiyada ittiham olunaraq 22 ay azadlıqdan məhrum edilib. Cinayət işi ilə tanış olduqdan sonra prokurorluq istintaqa başlayacaq.

20.11.2018 21:05 / Baxılıb: 64 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo