Instagramda avtomatik layk və şərhlər silinəcək

“Instagram” sosial şəbəkəsi avtomatik rejimdə şərhlər yazmağa, layk etməyə və başqa hesablara abunə olmağa imkan verən proqramlara qarşı mübarizə aparmaq üçün bir sıra tədbirlər görməyi planlaşdırır.

Azadinform xarici mediaya istinadən xəbər verir ki, sözügedən xidmətin saytında dərc edilmiş bəyanatda deyilir ki, belə proqramlar hesabların auditoriyasını süni şəkildə artırmaq üçün istifadə edilir ki, bu da sosial şəbəkənin qaydalarına ziddir.

Məlumata görə, kompüter sistemləri şirkət tərəfindən hazırlanmış metodların köməyilə belə hesabları effektiv aşkar edə və lazımi tədbirləri görə bilər. Bu halda “Instagram” belə hesabların sahiblərini pozuntular haqda məlumatlandıracaq.

20.11.2018 21:36 / Baxılıb: 64 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo