Kənd təsərrüfatı nazirinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib

AZADİNFORM. Kənd təsərrüfatı naziri İnam Kərimov noyabrın 17-də, saat 11:00-da Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında keçirməli olduğu vətəndaş qəbulunun vaxtı noyabrın 24-nə dəyişdirilib. 

Bu barədə Azadinform-a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib. 

Qeyd edək ki, qəbulda Tərtərlə yanaşı, Bərdə, Ağcabədi, Ağdam və Laçın rayonlarının sakinləri də iştirak edə bilərlər. Görüşdə iştirak etmək üçün Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-352-65-01) müraciət etmək olar. Qəbula yazılmaq üçün həmçinin Nazirliyin “Çağrı mərkəzi” (1652) və elektron poçtu (web@agro.gov.az) vasitəsi ilə də qeydiyyatdan keçmək mümkündür. 

20.11.2018 20:38 / Baxılıb: 70 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    14.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo