Ermənistanda banka qarşı külli miqdarda dələduzluq cəhdi olub

Ermənistan İstintaq Komitəsi HSBC Bankının yerli şöbəsindən 1 milyon avro vəsaiti oğurlamaq cəhdini araşdırır.

Azadinform Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu ilin may ayında bir İran vətəndaşı tərəfindən saxta veksel təqdim olunması ilə bağlı cinayət işi başlanıb. 

İstintaq çərçivəsində şübhəlinin aprel ayında ölkəyə gəlib özünü iş adamı və investor kimi qələmə verdiyi müəyyənləşdirilib. O, aprelin 9-da isə Bankın baş ofisinə gəlib 1 milyon avro məbləğində veksel təqdim edib. Lakin yoxlamalar zamanı sənəd üzərindəki imzaların saxta olduğu üzə çıxıb. Niyyətinin baş tutmadığını görən saxtakar ölkəni dərhal tərk edib.

Noyabrın 3-də həmin şəxs müttəhim qismində cəlb edilməklə barəsində beynəlxalq axtarış elan olunub.

20.11.2018 19:32 / Baxılıb: 67 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo