Əcnəbilərin Rusiyada müddətsiz yaşaması təklif olunur

Rusiya Daxili İşlər Nazirliyi (DİN) əcnəbilərə ölkə ərazisində yaşayıb çalışmaq icazəsi verən yaşayış möhlətinin müddətini qeyri-müəyyən olaraq artırmağı təklif edir.

Azadinform TASS-a istinadən xəbər verir ki, bu barədə Dövlət Dumasının MDB işləri üzrə komitəsinin iclasında DİN-nin Baş Miqrasiya İdarəsinin rəis müavini Valentina Kazakova bildirib.

Bununla yanaşı, Rusiya ali və orta ixtisas təhsil müəssisələrinin əcnəbi məzunlarına müvəqqəti yaşayış icazəsi verilməsini sadələşdirmək də təklif olunub.

Hazırda Rusiyada yaşayış möhləti əcnəbilərə 5 il müddətinə verilir.

20.11.2018 19:17 / Baxılıb: 93 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.02.2019
    21.02.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo