Azərbaycanın ən çox məhsul ixrac etdiyi ölkələr

Samir Soltanov/AZADİNFORM. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan ən çox İtaliyaya məhsul ixrac edib. 

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Azadinform-a verilən məlumata görə, yanvar-oktyabr aylarında ixracda əsas ölkələrin siyahısında ilk sırada İtaliya olmaqla, Türkiyə və İsrail qərarlaşıb. İtaliyaya ixrac 4 milyard 426 milyon 747 min ABŞ dolları, Türkiyəyə 1 milyard 480 milyon 33 min dollar, İsrailə isə 1 milyard 895 min dollar dəyərindədir. 

Azərbaycanla ticarət dövriyyəsində əsas ölkələrin siyahısında ilk üçlükdə İtaliya, Türkiyə və Rusiya dayanır. İtaliya ilə ticarət dövriyyəsi 4 milyard 700 milyon 933 min ABŞ dolları, Türkiyə ilə 2 milyard 789 milyon 690 min dollar, Rusiya ilə isə 1 milyard 992 milyon 89 min dollar dəyərində olub.

20.11.2018 18:51 / Baxılıb: 86 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    13.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo