10 ayda Azərbaycana 330 min ərəb turist gəlib

Samir Soltanov/AZADİNFORM. Bu ilin yanvar-oktyabr aylarında Asiya və Yaxın Şərq ölkələrindən gələn səyahətçilərin sayında böyük artım müşahidə olunub. 

Dövlət Turizm Agentliyindən Azadinform-a verilən məlumata görə, 2018-ci ilin yanvar-oktyabr aylarında Yaxın Şərq ölkələrindən gələn ziyarətçilərin sayı 330 min olub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 42 faiz artım deməkdir. Belə ki, bu regiondan Səudiyyə Ərəbistanı, İsrail və Küveytdən olan səyahətçilər üstünlük təşkil edib. Yanvar-oktyabr ayları ərzində ölkəmizə gələnlər arasında Rusiya vətəndaşları 752 min səyahətçi ilə birinci yerdə durur. Rusiyalı səyahətçilər 2017-ci ilin eyni ayları ilə müqayisədə 3,3 faiz artaraq Azərbaycana gələn bütün xarici vətəndaşların 31 faizini təşkil edib. 

Bu dövrün statistikası ilə əlaqədar ən maraqlı fakt Hindistan və Pakistandan gələn səyahətçilərin sayının müvafiq olaraq 183 faiz və 149 faiz artmasıdır. 10 ay ərzində ölkəyə daxil olan səyahətçilərin ümumi artım tempi 6,1 faiz təşkil edərək səyahətçilərin sayı isə 2 milyon 277 mindən 2 milyon 416 minə çatıb.

20.11.2018 16:50 / Baxılıb: 199 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    13.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo