Ərdoğandan Avropa İnsan Haqları Məhkəməsinin qərarına sərt reaksiya: Bizi maraqlandırmır

Samir Soltanov/AZADİNFORM. “Avropa İnsan Haqları Məhkəməsinin qəbul etdiyi qərarlar bizi maraqlandırmır”. 

Azadinform xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. Prezident qeyd edib ki, Avropa İnsan Haqları Məhkəməsinin bu günə qədər terror təşkilatları ilə bağlı verdiyi bir neçə qərarı var: “Hamısı da əleyhinədir. Bunun qarşılığında bizim də gördüyümüz çox işlər olub. Biz əks hücum edib işi həll edirik. Avropa İnsan Haqları Məhkəməsi heç vaxt gəlib Türkiyədə terroru cilovlamadı. Terror yenə də davam etdi. Bunun əvəzini də türk xalqı ödəyir”. 

Qeyd edək ki, Avropa İnsan Haqları Məhkəməsi 4 Noyabr 2016-cı ildən bəri həbsdə olan Xalqların Demokratik Partiyasının (HDP) sabiq sədri Səlahəddin Demirtaşın azadlığa buraxılması barədə qərar qəbul edib. Qərara əsasən Türkiyə dövləti S. Demirtaşa 10 min avro mənəvi təzminat ödəməlidir.

20.11.2018 16:30 / Baxılıb: 229 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    12.12.2018
    11.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo