Cibindən 3 giliz, 1 güllə çıxdı

Samir Soltanov/AZADİNFORM. Gürcüstan istiqamətindən Qərb Ərazi Baş Gömrük İdarəsinin "Mazımçay" gömrük postunun idxal piyada keçidinə daxil olan Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və gömrük baxışı keçirilib. 

Dövlət Gömrük Komitəsindən Azadinform-a verilən məlumata görə, vətəndaşın gödəkcəsi rentgen aparatından keçirilərkən monitorda şübhəli predmetlərin təsviri görünüb. Sorğu-sual zamanı vətəndaş gödəkcəsinin cibində təsbeh olduğunu bildirib. 

Yoxlama zamanı isə, gödəkcənin sol üst cibindən, üzərində "YVX 9P 16" yazısı olan üç ədəd boş giliz və bir ədəd üzərində "SB 14 9P" yazısı olan güllə aşkarlanıb. 

Faktla bağlı araşdırma aparılır.

20.11.2018 15:14 / Baxılıb: 184 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo