ABŞ-ın bu qərarı cavabsız buraxılmayacaq Putin

Samir Soltanov/AZADİNFORM. Rusiya prezidenti Vladimir Putin ABŞ-ın “Orta Mənzilli Nüvə Qüvvələr Anlaşması”ndan geri çəkiləcəyi barədə qərarını dəyərləndirib. 

Azadinform xəbər verir ki, məsələ ilə bağlı danışan Putin qeyd edib ki, Rusiya anlaşma ilə bağlı dialoq aparmağa hazırdır: “Ümid edirəm ki, ABŞ məsələ ilə bağlı məsuliyyəti üzərinə götürəcək. ABŞ-ın “Orta Mənzilli Nüvə Qüvvələr Anlaşması”ndan çıxma qərarı Moskva tərəfindən cavabsız buraxılmayacaq”. 

ABŞ-ın anti-balistik raket anlaşmasından çəkildiyi vaxtlarda Rusiyanın lazımi cavab verdiyini xatırladan prezident qeyd edib ki, artıq Rusiya raketdən müdafiə sistemini aşa biləcək hipersonik silahlara malikdir.

Xatırladaq ki, ABŞ və Rusiya arasında “Orta Mənzilli Nüvə Qüvvələr Anlaşması” 1987-ci ildə Vaşinqtonda imzalanıb. Anlaşmaya əsasən ABŞ-ın Avropa və Uzaq Şərqdəki müttəfiqlərinin təhlükəsizliyi təmin olunmalıdır. 

20.11.2018 13:45 / Baxılıb: 268 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo