Zakir Həsənov Yaşar Güler və Vladimer Çaçibaia ilə görüşəcək

Adəm Abbaslı/AZADİNFORM. Noyabrın 21-də Bakı şəhərində Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin Baş Qərargah rəisi ordu generalı Yaşar Güler və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Vladimer Çaçibaia ilə görüş keçirəcək.

Müdafiə Nazirliyindən Azadinform-a verilən məlumata görə, görüşdə üçtərəfli formatda əməkdaşlığın inkişaf etdirilməsi, regional sabitliyin, o cümlədən bölgədə həyata keçirilən layihələrin təhlükəsizliyinin təmin olunması və bir sıra digər məsələlər barədə fikir mübadiləsi aparılacaq.

20.11.2018 09:40 / Baxılıb: 343 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.02.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo