| |||||
Böyük Britaniya Yəmənə dair layihəni BMT TŞ-ya təqdim edibBöyük Britaniya BMT Təhlükəsizlik Şurasına Yəmənə dair qətnamə layihəsini təqdim edib. Azadinform “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Niderlandın BMT-də daimi nümayəndəsi Karl Van Osterom jurnalistlərə bildirib. Daha əvvəl Yəmən hökuməti bu ölkədə daxili münaqişənin həll olunması üçün keçiriləcək danışıqlarda iştirak etməyə razılıq vermiş, eyni zamanda BMT-nin xüsusi elçisi Martin Griffitsi danışıqlara qeyd-şərtsiz qoşulmaları üçün husi qiyamçılarına təzyiq göstərməyə çağırmışdı. Xatırladaq ki, Yəməndə hökumətlə husi qəbiləsinin təmsil olunduğu “Ənsarullah” şiə hərəkatı arasında daxil münaqişə 2014-cü ildən davam edir. 2015-ci il mart ayından hökumət tərəfində bu münaqişədə Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyası da iştirak edir.
19.11.2018 23:08 / Baxılıb: 75 /
Bu bölmədə ![]() ![]() ![]() |
![]() 23.02.2019
22.02.2019
|
© 2019 All right reserved www.azadinform.az | Powered by Danneo |