ABŞ-da Kibertəhlükəsizlik Agentliyi yaradılıb

Ağ Evin rəhbəri  Kibertəhlükəsizlik və İnfrastrukturun Mühafizəsi Agentliyinin (Cybersecurity and Infrastructure Security Agency, CISA) yaradılması haqda sənədi imzalayıb. Yeni agentlik Milli Müdafiə Departamentini (National Protection and Programs Directorate, NPPD) əvəz edəcək və Daxili Təhlükəsizlik Nazirliyinin tərkibində fəaliyyət göstərəcək.

Azadinform xarici mediaya istinadən xəbər verir ki, "ABŞ-ın rəqibləri hər gün bizim kibermüdafiə sistemimizi yoxlayırlar. Onlar kritik infrastrukturumuza giriş əldə etməyə, böyük şirkətlərimizin gücündən istifadə etməyə və bizim həyat tərzimizi məhv etməyə çalışırlar. Biz buna icazə verə bilmərik" – ABŞ prezidenti Donald Tramp sözügedən sənədi imzalamamışdan əvvəl belə deyib.

19.11.2018 22:05 / Baxılıb: 52 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    14.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo