Yeni texnologiya smartfonların çox qızmasının qarşısını alacaq

Amerikalı mühəndislər tərəfindən hazırlanmış yeni texnologiya smartfon və başqa elektron qurğuların çox qızmasının qarşısını alacaq.

Azadinform xarici mediaya istinadən xəbər verir ki, Stenford Universitetinin rəhbərliyi altında çalışan tədqiqatçılar komandası istiliyi yalnız idarə etməyi deyil, həm də onu elektron qurğuların həssas detallarından kənarlaşdırmağı öyrəniblər. Söhbət elektron komponentlərdən çıxan istini kənarlaşdıra və onları zədələnmədən qoruya bilən termik tranzistordan – nanoölçülü çeviricidən gedir.

Uzun illər istilik tranzistorlarını hazırlamağa cəhd edilib. Erkən işləmələr təcrübədə istifadə üçün yaramırdı, çox böyük və çox ləng idilər. Stenford Universitetinin mühəndisləri nazik molibden disulfid qatını tətbiq etməklə  bu maneələrin öhdəsindən gəliblər. Qalınlığı 10 nanometr olan bu material otaq temperaturunda səmərəlidir və müasir elektronikaya inteqrasiya edilə bilər ki, bu da texnologiyanın təcrübədə reallaşdırılması üçün əsas amildir. Ekspertlər nanomiqyas səviyyəsində istiliyin idarəetməsinə nail olduqlarına görə ruhlanıblar və bildirirlər ki, bu texnologiya 70 il bundan əvvəl təqdim edilmiş ilk elektron tranzistorun ixtirası ilə müqayisə edilə bilər.

19.11.2018 21:09 / Baxılıb: 55 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2018
    15.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo