Meşə yanğınları ABŞ-a külli miqdarda maddi ziyan vurub

ABŞ-ın Kaliforniya ştatındakı “Camp” və “Woolsey” meşə yanğınlarının vurduğu maddi ziyan 9-13 milyard dollar arasında olacaq.

Azadinform “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə qlobal təhlükələr modellərini tərtib edən RMS şirkətinin məlumatında qeyd edilib.  

Sənədə əsasən, Kaliforniya ştatının şimalındakı “Camp” yanğını 7,5 - 10 milyard, cənubundakı Los-Anceles şəhəri yaxınlığındakı “Woolsey” yanğını isə 1,5 - 3 milyard dollara başa gələ bilər.

Rəqəmlər mülkiyyətə, o cümlədən alov və tüstü nəticəsində yetirilən ziyanı, təsərrüfat işlərinin dayandırılması üzündən yaranan ziyanı, yaşayış üçün çəkilən əlavə xərcləri ehtiva edir. Hazırda yanğınların tüğyan etdiyi ərazilər 100 min hektara çatıb, 12 minədək ev və qeyri-yaşayış sahəsi viran olub, 80 nəfər ölüb, 1276 isə itkin düşüb. Ştat ərazisində meşə yanğınları üzündən 300 mindən artıq sakin təxliyyə olunub, bunların 170 mini Los-Anceles dairəsinin payına düşür. Ümumiyyətlə, “Camp” yanğını Kaliforniya tarixində ən dağıdıcı yanğındır.

19.11.2018 20:17 / Baxılıb: 73 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo