İsveçdə ədəbiyyat üzrə yeni Nobel Komitəsi yaradılıb

İsveç Akademiyası Nobel Fondu ilə birlikdə ədəbiyyat üzrə yeni Nobel Komitəsi yaratmağı qərara alıb.

Azadinform TASS-a istinadən xəbər verir ki, bu barədə qurumun Mətbuat xidmətindən məlumat veriblər.

Qeyd edək ki, builki Nobel həftəsinin özəlliyi ədəbiyyat üzrə mükafatın qalibinin adının açıqlanmaması olub, qalib, çox güman ki, 2019-cu ildə məlum olacaq. Mükafatı verən İsveç Akademiyası may ayında üzvlərinin sayının azalması və dünyada ona olan etibarın zəifləməsi fonunda təltifetmənin təxirə salınmasına dair qərar qəbul edib.

Qaydalara əsasən, Akademiyaya yeni üzvlərin qəbulu üçün 12 nəfərlik kvorum tələb olunur, lakin qalmaqaldan sonra orada 11 ədib qalıb. Natamam sayda səslə laureatın seçilməsi isə mübahisəli ola bilərdi və Nobel Fondu da bu barədə açıqlama verib.

19.11.2018 20:05 / Baxılıb: 75 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo