Qvatemalada vulkan püskürməsi səbəbindən əhalinin təxliyyəsinə başlanılıb

Qvatemalada püskürən Fueqo vulkanına yaxın ərazilərdən son saatlar ərzində azı 2995 sakin təxliyyə olunub.

Azadinform “Prensa Libre” nəşrinə istinadən xəbər verir ki, yaxından keçən böyük avtomobil yolu bağlanıb.

Daha əvvəl Milli Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması Xidməti (Coordinadora Nacional Para la Reduccion de Desastres - CONRED) vulkanın püskürməsi ilə bağlı “qırmızı” təhlükə elan edərək Eskuintla, Çimaltenanqo, Sakatepekes departamentlərinin yerli hakimiyyətlərini və bələdiyyələrini əhalinin təxliyyəsinə başlamağa çağırmışdı.

Xatırladaq ki, bu il iyun ayında Fueqo vulkanının güclü püskürməsi nəticəsində 160-dən artıq insan ölüb, təqribən, 1,7 milyon sakin ziyan çəkmişdi.

19.11.2018 19:16 / Baxılıb: 79 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo