Azərbaycanda 94,5 min daimi iş yerləri açılıb

Samir Soltanov/AZADİNFORM. Regionların sosial-iqtisadi inkişafına istiqamətlənmiş üçüncü Dövlət Proqramının icrasını əhatə edən 2014-cü il yanvarın 1-dən bu il oktyabrın 1-dək olan dövr ərzində Azərbaycanda ümumilikdə 913,6 min olmaqla 624,9 min daimi iş yerləri yaradılıb. 

Dövlət Statistika Komitəsindən Azadinform-a verilən məlumata görə, 9 ay ərzində ölkədə 192,5 min yeni, o cümlədən 94,5 min daimi iş yeri açılıb. Bu dövrdə yaradılmış iş yerlərinin 42,4 faizi qeyri-dövlət sektorunun payına düşüb. Yeni iş yerlərinin 24,0 faizi Bakı şəhəri, 1,0 faizi Naxçıvan Muxtar Respublikası, 75,0 faizi regionlar, o cümlədən 44,3 faizi Aran, 7,5 faizi Lənkəran, 7,0 faizi Gəncə-Qazax, 4,4 faizi Abşeron, 4,3 faizi Yuxarı Qarabağ, 2,8 faizi Şəki-Zaqatala, 2,4 faizi Quba-Xaçmaz, 2,1 faizi Dağlıq Şirvan, 0,2 faizi isə Kəlbəcər-Laçın iqtisadi rayonlarındadır. Daimi iş yerlərinin 8,2 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 33,9 faizi mövcud müəssisə və təşkilatlarda, 0,4 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 57,5 faizi isə fərdi sahibkarlıq subyektləri tərəfindən yaradılıb. 

Hüquqi şəxslər tərəfindən yaradılmış daimi iş yerlərinin 18,8 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 18,2 faizi tikinti, 12,8 faizi emal sənayesi, 11,3 faizi su təchizatı; tullantıların təmizlənməsi və emalı, 8,9 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,8 faizi peşə, elmi və texniki fəaliyyət, 3,1 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 2,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,9 faizi digər sahələrdə xidmətlərin göstərilməsi, 2,8 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar, 13,5 faizi isə digər iqtisadi fəaliyyət növləri üzrə açılıb. 

Bununla yanaşı, 2018-ci ilin doqquz ayı ərzində ölkədə 30,0 min iş yeri bağlanıb. Bu dövrdə bağlanmış iş yerlərinin 88,7 faizi qeyri-dövlət sektorunun payına düşüb. İş yerlərinin 73,6 faizi fərdi sahibkarlıq subyektlərinin, 8,4 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 18,0 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar bağlanıb.

19.11.2018 17:20 / Baxılıb: 60 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    13.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo