İstanbulda tarixi açılış Ərdoğan və Putinin iştirakı ilə

Samir Soltanov/AZADİNFORM. 31,5 milyard kub metr Rusiya qazını Türkiyə və Avropaya nəql edəcək “Türk axını” layihəsinin dənizdən keçən hissəsi yekunlaşıb. 

Azadinform xəbər verir ki, bu gün İstanbulda təşkil olunan “Türk axını” layihəsinin dəniz hissəsinin yekunlaşması” mərasimində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin qatılıb. 

Mərasimdə layihə barədə məlumat verən Ərdoğan qeyd edib ki, “Türk axını” 2019-cu ildə testlərdən sonra fəaliyyətə başlayacaq: “Bursa, Kocaeli, İzmir, İstanbul kimi yeni tədarük bölgələri meydana gələcək. Türkiyə tranzit risklərə məruz qalmadan həm özünün, həm də Avropanın təbii qaz tələblərini qarşılayacaq”.

Rusiya lideri Putin də çıxışı zamanı vurğulayıb ki, Türkiyə ilə enerji sahəsindəki əməkdaşlığımız uzun illərə dayanır: “İnanıram ki, layihə 2019-cu ilə qədər yekunlaşacaq. “Türk axını” Türkiyəni önəmli bir təbii qaz mərkəzinə çevirəcək. İki ölkə arasından güvən, etibar olmadan belə bir layihəni reallaşdırmaq mümkün deyil”.

19.11.2018 16:50 / Baxılıb: 304 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    12.12.2018
    11.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo