İcazəsiz ovun qarşısı alınıb - Ağcabədidə

AZADİNFORM. Ekologiya və Təbii Sərvətlər Nazirliyin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Ağcabədi rayonu, Mehmangöl adlanan ərazidə keçirilən reyd zamanı icazəsiz ova cəhd edən 3 nəfər saxlanılıb.

Nazirlikdən Azadinform-a verilən məlumata görə, araşdırma zamanı brakonyerlərin Kürdəmir rayon sakini Elşad Məmmədov və Bakı şəhər sakinləri Elşad Güllərov, Əlabbas Hüseynov olduğu müəyyən edilib. Onlardan 3 ov tüfəngi götürülüb.

Faktla bağlı təqsirkarlar barəsində protokollar tərtib edilib və onlara İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən ümumilikdə 3000 manat məbləğində cərimə tətbiq olunub.

19.11.2018 15:30 / Baxılıb: 276 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo