İtaliyalı diplomat Dövlət Komitəsində olub

Adəm Abbaslı/AZADİNFORM. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin (hazırkı Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı) Minsk Konfransının sabiq sədri, İtaliya xarici işlər nazirinin keçmiş müavini Mario Rafaelli ilə görüşüb.

Komitədən Azadinform-a verilən məlumata görə, sədr qonağa hələ də öz həllini tapmayan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində ölkəmizin üzləşdiyi humanitar fəlakətin fəsadları barədə məlumat verib. Bildirilib ki, Ermənistanın hərbi təcavüzü və işğalçılıq siyasəti nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş soydaşlarımız respublikanın müxtəlif bölgələrində məskunlaşıb, ağır məhrumiyyətlərə düçar olublar. BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxarılması ilə bağlı dörd qətnaməsinin icra edilməməsi onların öz evlərinə, yurd yerlərinə qayıtmasını əngəlləyir. 

Bununla yanaşı, Minsk Konfransına sədrlik etdiyi dövrdə cənab Mario Rafaelli tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində gördüyü işlər razılıq hissi ilə xatırlanıb. Onun atəşin dayandırılması təklifini irəli sürdüyü, BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmasını nəzərdə tutan “Təcili tədbirlər haqqında vaxt cədvəli”ni hazırladığı qeyd edilib. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində İtaliyanın göstərdiyi səylər müsbət qiymətləndirilib.

Azərbaycanda məcburi köçkün probleminin həlli ilə bağlı həyata keçirlən tədbirlər haqqında qonağa məlumat verən komitə sədri bu sahədə Prezidenti İlham Əliyevin məqsədyönlü siyasət apardığını, müharibədən zərər çəkən insanlara zəruri dövlət qayğısı göstərildiyini bildirib. Qeyd olunub ki, onların sosial müdafiəsinin təmin edilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması prioritet istiqamətlərdəndir. Hələ də ağır şəraitdə yaşayan məcburi köçkünlərə yeni mənzillərin verilməsi üçün Birinci vitse-prezident xanım Mehriban Əliyevanın təşəbbüsü ilə genişmiqyaslı layihələr icra olunur. Əsasən zirzəmilərdən və qəzalı vəziyyətdə olan tikililərdə müvəqqəti məskunlaşmış yüzlərlə ailə bu il yeni mənzillərə köçürülüb və məcburi köçkünlər üçün yaşayış komplekslərinin inşası davam etdirilir. 

Didərginlik həyatı yaşayan həmvətənlərimizin öz doğma yurdlarına qayıtmaq istəyinin və əzminin Cəbrayıl rayonunun iki il əvvəl işğaldan azad edilmiş və Azərbaycan dövləti tərəfindən bərpa olunmuş Cocuq Mərcanlı kəndinin timsalında özünü aydın şəkildə göstərdiyi diqqətə çatdırılıb. Kəndə  qayıtmış yerli sakinlərin hazırda  burada rahatlıqla yaşadığı, onların məşğulluğu üçün layihələr icra edildiyi vurğulanıb.

Mario Raffaelli münaqişənin nizamlanması istiqamətində səylərini bundan sonra da davam etdirəcəyini qeyd edib. 

Görüşdə müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

19.11.2018 14:56 / Baxılıb: 303 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    13.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo