Hacı Mehman Fərzullayevin 70 illik yubileyinə həsr olunan tədbir keçirilib

Aygün Nəbiyeva / AZADİNFORM. Bu gün Beynəlxalq Mətbuat mərkəzində Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə tanınmış jurnalist Hacı Mehman Fərzullayevin 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Azadinform xəbər verir ki, tədbirdə Mətbuat Şurasının idarə heyətinin üzvləri, komissiya rəhbərləri və jurnalistlər iştirak edib.

Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli M. Fərzullayevi təbrik edib, fəaliyyətində yeni uğurlar, müvəffəqiyyətlər arzulayıb, onun yaradıcılığına böyük bir ehtiyac olduğunu qeyd edib: “Sizlərin fəaliyyətinə böyük ehtiyac var, biz o fəaliyyəti öyrənirik, onun yeni dövr jurnalistləri arasında tətbiq olunmasına çalışırıq. 90-cı illər bizim üçün keçid dövrü olub. Sovet jurnalistikası ilə yeni dövrün jurnalistikası arasında çox böyük uçurum yaranmışdı. Bu hərçənd kompyuterlə, internetlə, texnologiya ilə bağlı deyil, həm də jurnalistikanın maddiyyəti, onun sosial məsuliyyəti ilə bağlı bir məsələdir. Burda oturanların çoxu bizim sovet dövrü jurnalistikamızın yaradıcılarıdır. Onlardan bir çoxu bugünkü tədbirimizdə iştirak edirlər. O dövrün kütləvi informasiya vasitələrində çıxış ediblər. Dövrün ideologiyası, dövrün tələbləri ilə yanaşı bizim üçün çox dəyərli əsərlər yaradıblar. Biz onları bir qəhrəman kimi qələmə veririk, dövrün çətinliyinə baxmayaraq öz kimliklərinə sadiq olublar, lazımı mesajları veriblər. Çətin dövrlərdə Azərbaycanda nəşriyyatın qurulmasında yaxından iştirak edib, eyni zamanda “Kommunist” qəzetində fəaliyyət göstərib, ən əsası isə 90-cı illərdə Sovet ordusu və Sovet təmsilçilərinə ölkəni tərk edəndə bir çox şeyləri dağıtdılar, onların istifadəsini mümkünsüz edəndə Hacı Mehman kimi insanlar bu sahədə çalışdılar, nəşriyyatın bərpa olunmasında, istifadə olunmasında, millətimizə lazım olan xəbərlərin verilməsində yaxından iştirak edib”. Daha sonra çıxış edən jurnalist Akif Cabbarov M. Fərzullayevin həyat və yaradıcılıq fəaliyyəti barədə fikirlər səsləndirib: “O, “Hüquq” jurnalını çox əzab-əziyyətlə təsis etdi. Həqiqətən də Mehman qədir bilən adamdır. Onun işləri, vətənpərvərliyi, yurdsevərliyi hər kəsə məlumdur. Onu iş və yol yoldaşı olaraq yaxşı tanıyıram. Mehman haqqında həmişə yüksək fikirdə olmuşam”.

Sonra tədbir iştirakçıların müzakirələri ətrafında davam etdirildi. Jurnalist Mətbuat Şurası tərəfindən diplomla təltif edildi.

19.11.2018 14:30 / Baxılıb: 315 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
12.12.2018
11.12.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo