Ögey qardaşları güllələyən saxlanılıb

Samir Soltanov/AZADİNFORM. Bakıda ögey qardaşları güllələyən şəxs tutulub. 

DİN-dən Azadinform-a verilən məlumata görə, noyabrın 17-də Xəzər rayonunun Şüvəlan qəsəbəsi ərazisində yerləşən pansionatın qarşısından orada yaşayan Sərvər Quliyev güllə xəsarəti, ögey qardaşı, əvvəllər məhkum olunmuş Anar Hüseynov isə alın nahiyəsinin əzilmiş xəsarətləri ilə xəstəxanaya gətiriliblər. 

S.Quliyevin vəziyyəti orta ağırdır, A.Hüseynova ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb. 

Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində adam öldürməyə cəhddə şübhəli bilinən qəsəbə sakini Qorxmaz Əliyev saxlanılmış, cinayəti törədərkən istifadə etdiyi, kustar üsulla hazırlanmış “Naqan” tipli tapança götürülüb. 

Faktla əlaqədar cinayət işi başlanıb.

19.11.2018 14:20 / Baxılıb: 227 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    13.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo