Türkdilli dövlətlərin PR mütəxəssisləri Bakıya gələcəklər

Samir Soltanov/AZADİNFORM. 26 yanvar 2019-cu il tarixində Azərbaycan İctimaiyyətlə Əlaqələr Mütəxəssisləri Assosiasiyasının (APRA) təşəbbüsü və “Baku School of PR”, “Alibayov Communication & Consulting” və “PROAKTİV” PR şirkətlərinin təşkilatçılığı ilə “Türkdilli Dövlətlərin PR Mütəxəssislərinin Birinci Bakı Forumu” keçiriləcək. 

Azadinform xəbər verir ki, forumun təşkilat qrupundan verilən məlumata görə, forumun məqsədi türkdilli dövlətlərin PR mütəxəssisləri arasında və təcrübə mübadiləsi üçün yeni platforma yaratmaq və bu ölkələrdə ictimaiyyətlə əlaqələr sektorunun inkişafına töhfə verməkdir. Türkdilli dövlətlərin PR mütəxəssislərinin ilk forumunun məhz Bakı şəhərində təşkil olunması ölkəmizin türkdilli dövlətlərin inteqrasiya mərkəzinə çevrilməsinin göstəricisidir. Foruma yerli və xarici qurumlar və ictimai siyasi xadimlər, o cümlədən, Türkiyə Cümhuriyyətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Erkan Özoral, Türkiye Halkla İlişkier Dernegi (TÜHİD), Qırğızıstan, Özbəkistan, Qazaxıstan, Türkmənistanın biznes və qeyri-hökumət təşkilatları, Türkdilli dövlətlərin Parlament Assambleyası və digərləri dəstək verirlər.   

Forumda iştirak edəcək xarici qonaqlar üçün xüsusi mədəni proqram da təşkil olunacaq. Bu da bir daha Azərbaycanın mədəni-tarixi irsinin türk dünyası PR mütəxəssisləri tərəfindən təbliğ olunmasına imkan verəcək. 

Qeyd edək ki, forumda Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstan PR mütəxəssislərinin, həmçinin yerli şirkətlərdə çalışan 200-dən artıq PR mütəxəssisinin iştirakı nəzərdə tutulur. Yaxın günlərdə Forumun rəsmi saytı, sosial profilləri işə salınacaq və ictimaiyyət forumla bağlı bütün suallara oradan cavab tapa biləcəklər.

19.11.2018 14:10 / Baxılıb: 282 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    14.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo