5 maddə ilə axtarışda olan şəxs saxlanılıb

AZADİNFORM. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 5 maddəsi ilə axtarışda olan şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

DİN Mətbuat Xidmətindən Azadinform-a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məclləsinin 32-ci (iştirakçılığın növləri), 312-ci (rüşvət vermə), 206-cı (qaçaqmalçılıq), 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) və 334-cü (fərarilik) maddələri ilə axtarışda olan İqbal Həsənov saxlanılaraq istintaqa cəlb edilib.

19.11.2018 12:26 / Baxılıb: 313 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    12.12.2018
    11.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo