Bakı daha bir beynəlxalq konfransa ev sahibliyi edəcək

AZADİNFORM. Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin narkotiklərlə mübarizə üzrə beynəlxalq konfransı Bakıda keçiriləcək.

Azadinform-un məlumatına görə, bunu Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri, Baş nazirin müavini Əli Həsənov bu gün Bakıda keçirilən BMT-nin Yaxın və Orta Şərqdə narkotiklərin qanunsuz dövriyyəsi və aidiyyəti məsələlər üzrə Alt Komissiyasının 53-cü sessiyası zamanı bildirib.

Onun sözlərinə görə, bu barədə konfrans təşkilatçıları Azərbaycan prezidentinə müraciət edib: "Cənab prezident bu konfransın keçirilməsinə razılıq verib. 2019-cu il aprelin 16-18-də konfransın Bakıda keçirilməsi qərara alınıb. Artıq bununla bağlı təşkilat komitəsi də yaradılıb. Tədbirdə 120 dövlətdən 500-ə qədər nümayəndə olacaq. Tədbirdə bəzi ölkələrin başçıları da iştirak edəcək".

Ə.Həsənov bildirib ki, bu gün Azərbaycan bütün beynəlxalq təşkilatların diqqət mərkəzində olmaqla beynəlxalq tədbirlərin keçirildiyi mərkəzə çevrilib.

19.11.2018 11:53 / Baxılıb: 231 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo