Qabqıran xidmətçi qabyuyan maşının icadına səbəb oldu

Aygün Nəbiyeva / AZADİNFORM. Amerikalı Josephine Cochranın rəngli həyatı vardı. Tez-tez partilər verir, sonrasında qabları xidmətçisi yuyur, ancaq çoxunu qırırdı. Bu səbəblə Josephine Cochran qabyuyan maşınını icad etdi.

XIX əsrdə ABŞ-da qab yumaq qadınları bezdirmişdi. Bu onların vəzifəsi olmadığını düşünürdülər. Belə şeylərlə məşğul olmaq əvəzinə ictimai fəaliyyətlərə daha çox vaxt sərf etmək istəyirdilər. Buna görə də qab yumaq üçün qadınlar tuturdular. 

Azadinform xəbər verir ki, bir çox qadın qabyuyan maşın düzəltmək üçün müxtəlif fikirlər hazırladılar. Lakin ilk patent 1885-ci ildə Josephine G. Cochran tərəfindən alındı. Cochran, rəqiblərindən bir addım öndə idi, çünki o, buxarlı gəmini ixtira etdiyini iddia edən John Fitch'in nəslindən idi.

Cochran həmişə daha yaxşı həyat tərzi xəyal edirdi. Buna görə də adının daha rahat xatırlanması üçün "Cochrane, Cockran” kimi yazıldığı söylənməkdədir. O, qabyuyan maşın hazırladığı və patentini aldığı zaman, adı Josephine G. Cochran kimi tarixə çevrildi. Maşının əməliyyat sistemi çox sadə idi. Alt hissədə yerləşən iki silindrlə hərəkət edən su və sabun kirli qabların yerləşdiyi rəflərdə fırlanırdı. Evlərdə istifadəyə verilmiş maşınlar qol gücü ilə işlədilirdi. Daha çox ehtiyac görülən iş yerlərində isə buxar gücü ilə istifadə edilirdi.

Bir sərgidə jurnalistlərin bunu görməyi nəticəsində qabyuyan maşın daha da məşhurlaşdı.

Maşının marketinqi ilə məşğul olan Cochran, marketinqin ixtiradan daha çətin olduğunu və indiki ağlının olsaydı bu işə girişməyəcəyini bildirdi.

19.11.2018 11:39 / Baxılıb: 316 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
12.12.2018
11.12.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo