Hamilə qadına aid 3700 illik məzar tapılıb

Samir Soltanov/AZADİNFORM. Misir Tarixi Əsərlər Nazirliyi tərəfindən Asuan şəhərində aparılan arxeoloji qazıntılar zamanı hamilə olaraq basdırılmış bir qadın skeleti və skeletin çanaq bölgəsində başı aşağı formada dayanan körpə uşaq qalıqları aşkarlanıb. 

Azadinform xəbər verir ki, aparılan araşdırmalarda təxmin edilir ki, tapılan qadın 25 yaşlarında olub. Skeletin təxminən e.ə 1750-1500-ci illərə aid edildiyi bildirilir.

Arxeoloqlar körpənin baş aşağı formada olmasının ananın doğum zamanı ölmüş ola biləcəyinə işarət olduğunu bildiriblər. 

19.11.2018 10:50 / Baxılıb: 246 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo