Paytaxtın 2 rayonunda iməcilik keçirilib - FOTO

Adəm Abbaslı/AZADİNFORM. Bakı şəhərinin Səbail və Qaradağ rayonlarında iməcilik keçirilib.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən Azadinform-a verilən məlumata görə, hər iki rayonunu rəhbərliyi, ictimaiyyət, idarə və təşkilatların nümayəndələri, təsərrüfat xidmətləri, gənclərin  iştirakı ilə Səbail rayonunda Şıx yaşayış massivindəki “Dostluq parkı”nda 200 nəfərin, Qaradağ rayonunda isə Lökbatan dairəsindən Yeni Yasamal yaşayış massivi istiqamətində gedən avtomobil yolunun qərb hissəsində və Lökbatan qəsəbəsində 300 nəfərin iştirakı ilə keçirilib.

İməcilik zamanı ərazidə təmizlik işləri görülüb, mövcud ağacların dibi quru otlardan təmizlənib, yeni əkiləcək ağacların damcı üsulu ilə suvarılması üçün  su xətləri çəkilib, köhnələri isə təftiş olunub. 

Hər iki rayonda keçirilən iməcilikdə Abşeron yarımadasının iqliminə uyğun 1500 ədəd yeni zeytun və badam ağacları əkilib, əvvəl əkilən ağaclara qulluq göstərilib. İlboyu göstərilən qulluq nəticəsində ötən il əkilmiş ağacların çox böyük əksəriyyətinin boy atdığı müşahidə olunub. Bununla da rayonlarda badam ağacları əkilmiş zolaqların və ərazilərin yaradılmasına başlanıb.

19.11.2018 09:50 / Baxılıb: 308 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
18.12.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo