Vyetnamda azı 12 nəfər "Toraci" qasırğasının qurbanı olub

Vyetnamın Kxanxoa vilayətinin Nyaçanq şəhərində azı 12 nəfər "Toraci" qasırğasının qurbanı olub.

Bu barədə Azadinform yerli "VnExpress"ə istinadən xəbər verir.

Yerli hakimiyyət oirqanının nümayəndəsi Nquen Si Kxanyanın verdiyi məlumatda bildirilir ki, leysan yağışlar güclü dağıntılara səbəb olub. Sakinlərdən ikisi yerli restoranın divarının uçması nəticəsində həlak olub. Ölənlər arasında 7 yaşlı uşaq və rerstoran sahibi də var. Bundan əlavə, hadisə nəticəsində daha 4 nəfər xəsarət alıb.

Nyaçanqın sakinlərini şəhərdən təxliyyə etmək lazım gəlib. 

18.11.2018 18:12 / Baxılıb: 72 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    12.12.2018
    11.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo