Qırğızıstanın Batken vilayətinin prokuroru qətlə yetirilib

Qırğızıstanın Batken vilayətinin prokuroru Anarbay Mamajakıpov qətlə yetirilib.

Azadinform-un məlumatına görə, bu barədə "RİA Novosti"yə Qırğızıstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin nümayəndəsi Kərimə Amankulova bildirib.

K.Amankulova bildirib: "Faktla bağlı respublikanın Cinayət Məcəlləsinin "qətl" maddəsi üzrə cinayət işi başlanıb. Şübhəli şəxs saxlanılıb, onunla əməliyyat-istintaq tədbirləri aparılır".

Qeyd edək ki, Anarbay Mamajakıpov bu ilin may ayında Batken vilayətinin prokuroru təyin edilib. Daha əvvəl A.Mamajakıpov Talas şəhərinin prokuroru olub.

18.11.2018 15:48 / Baxılıb: 101 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    27.05.2019
    26.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo