Azərbaycan gimnastları: "Biz öz məqsədimizə nail olduq"

Məşqçi bizi təbrik etdi, o, nəticədən razı qaldı.

Bu barədə Bakıda keçirilən akrobatika gimnastiaksı üzrə Dünya Kubokunda "gümüş" medal qazanan Azərbaycan gimnastları Seymur Cəfərov və Murad Əkbərov deyiblər.

S.Cəfərov deyib: "Mən yaxşı nəticəyə hazır idim, əsas qarşıya məqsəd qomaqdır. Mən və Murad Əkbərov məqsədimizə nail olduq. Düzdür, səhvlər oldu, lakin onlar hamıda oldu. Onların üzərində işləyəcəyik, ancaq yaxşıya doğru gedəcəyik".

Murad Əkbərovun sözlərinə görə, o, startdan öncə öncə çox həyəcanlanıb: "Yarışlar Azərbaycanda keçirilir, buna görə böyük məsuliyyət var idi. Amma, azarkeşlər bizə çox güclü dəstək verirdilər, doğma divarlar kömək edirdi".

Gimnastlar bildiriblər ki, onların məşqçisi İradə Qurbanova nəticədən razı qalıb: "Əlbəttə, o, bizə bizim səhvlərimizi göstəridi. Bizim üçün əsas bu səhvləri düzəltməkdir".

S.Cəfərov qeyd edib: "Planlar bundan sonrada işləməkdir, gələn il start başlayır, əsas İsraildə Avropa Çempionatıdır, orada 3 medal qazanacağımıza ümid edirik - çoxnövçülükdə, balans və temp hərəkətlərində".

Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastiak Arenasında Akrobatika gimnastikası üzrə Dünya Kubokunun finallarına start verilib.

17-18 noyabr Bakıda ilk dəfə olaraq akrobatika gimnastikası üzrə Dünya Kuboku keçirilir. Beynəlxalq turnirdə Belarus, İsrail, Qazaxıstan, Hindistan, Rusiya və Ukrayna komandaları təmsil olunur.

Ötən gündən Milli Gimnastika Arenasında başlayan yarışlarda 2003-cü il təvəllüdlü və daha böyük gimnastlar kişi cütlüyü, qadın cütlüyü, qarışıq cütlük, qadın qrupu və kişi qrupu tərkibində mübarizə aparırlar.

Gimnastikanın ən maraqlı və həyəcanlı növlərindən biri olan akrobatika gimnastikası üzrə Dünya Kubokunda Azərbaycan komandasının heyətində son Avropa çempionatının bürünc medalçıları, qarışıq cütlüklərimiz Abdulla Əl-Məşayxi – Ruhidil Qurbanlı və Ağasif Rəhimov – Nurcan Cabbarlı çıxış edirlər. Kişi cütlükləri proqramında isə Dünya Yaş Qrupu Yarışlarının (2016-cı il) gümüş medalçıları Seymur Cəfərov – Murad Əkpərov ən yaxşı yer uğrunda mübarizə aparırlar. (trend)

18.11.2018 15:09 / Baxılıb: 79 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    14.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo