Afrikada BMT sülhməramlısı öldürülüb

BMT-nin Mərkəzi Afrika Respublikasında sabitləşdirmə üzrə Çoxprofilli kompleks missiyasının (MINUSCA) sülhməramlısı ölkənin qərbində yaraqlıların hücumu nəticəsində ölüb.

Azadinform xəbər verir ki, bu barədə missiyanın məlumatlarına istinadən AFP məlumat yayıb.

Bildirilir ki, silahlı şəxslər cümə günü axşam MINUSCA-nın Qbambiya yaşayış məntəqəsi ərazisində yerləşən obyektinə hücum ediblər.

Sülhməramlı toqquşma zamanı yaralanıb və sonradan aldığı yaralardan xəstəxanada keçinib.

Qeyd edilir ki, baza ərazisində hərbi əməliyyatlar 45 dəqiqə ərzində davam edib.

Bundan əvvəl Mərkəzi Afrika Respublikasında (MAR) atışma nəticəsində azı 37 nəfər ölüb.

18.11.2018 12:46 / Baxılıb: 65 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    14.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo