Kaliforniyada meşə yanğınları nəticəsində 76 nəfər ölüb

ABŞ-ın Kaliforniya ştatında davam edən meşə yanğınları nəticəsində ölənlərin sayı 76 nəfər çatıb.

Azadinform-un məlumatına görə, bu barədə ştatın Byut dairəsinin şerifi Kori Honi bildirib.

K.Honi deyib: "İtkin düşənlərin sayı 1276 nəfər çatıb. Ötən gecədən daha 5 nəfərin cəsədləri tapılıb və ölənlərin sayı 76-ya çatıb".

Qeyd edək ki, "Camp" adlı yanğın noyabrın 8-də Kaliforniyanın şimalında başlayıb. Bundan əlavə, ştatın cənubunda "Woolsey" və "Hill" yanğınları da davam edir.

Yanğınlar səbəbindən 300 mindən artıq insan təxliyə edilib. ABŞ prezidenti Donald Tramp Kaliforniyada böyük təbii fəlakət rejimi elan edib.

18.11.2018 12:19 / Baxılıb: 113 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    13.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo