Kosovo-Azərbaycan oyununun hakimləri açıqlanıb

Millətlər Liqasının 6-cı turunda keçiriləcək Kosovo-Azərbaycan oyununa hakim təyinatları açıqlanıb.

Azadinform-un məlumatına görə, görüşü fransalı hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Benua Millo olacaq. Ona Mehdi Rahmuni və Bertran Juanno kömək edəcək. Qarşılaşmanın 4-cü hakimi Bencamin Paje, əlavə köməkçilər isə Frank Şneyder və Karim Abed olacaq.

Qeyd edək ki, noyabrın 20-də Priştina şəhərində keçiriləcək matç Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

18.11.2018 11:21 / Baxılıb: 76 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    13.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo