Ölkəmizi tanıyaq aksiyasının yolasalma mərasimi oldu - Füzulidə

AZADİNFORM. 17 noyabr tarixində Füzuli RİHB aparatının  akt zalında “Ölkəmizi  tanıyaq” tur-aksiya  iştirakçılarının yola salınmasına həsr  olunmuş  görüş  keçirilib. Görüşdə Şura  üzvləri, idarə,  müəssisə, təşkilat rəhbərləri, məktəb direktorları, valideynlər, şagirdlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Azadinform-un məlumatına görə, tədbirdə  iştirak  edən Füzuli  Rayon İcra Hakimiyyətinin başçısı  Alı  Alıyev çıxış edərək ulu öndər Heydər Əliyev tərəfindən qurulan müstəqil  Azərbaycan dövlətinin  bugünkü  dinamik  inkişafının, sosial-iqtisadi gücünün  gündən-günə artmasının  Prezident İlham Əliyevin qətiyyət və iradəsinin nəticəsi olduğunu  bildirib. O, dövlət başçısının rəhbərliyi ilə rayonda tikilən obyektlər, çəkilən yollar, əhalinin  rifahının yüksəldilməsi və  məşğulluğunun  təminatı  istiqamətində  atılan  mühüm  addımlar  haqqında görüş  iştirakçılarına geniş  məlumat  verib. Alı Alıyev  qaçqınların və  məcburi  köçkünlərin, şəhid  ailələrinin, əhalinin aztəminatlı təbəqəsinin bütün  problemlərinin daim  ölkə başçısı İlham Əliyevin və Birinci vitse-prezident  Mehriban xanım Əliyevanın diqqət  mərkəzində olduğunu bildirib. Rayon rəhbəri Füzuli rayonunun işğaldan azad edilmiş ərazilərində inşa olunan 6 mühüm layihənin məhz Heydər Əliyev Fondunun maliyyə dəstəyi və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirdiyini diqqətə çatdırıb. Alı Alıyev “Ölkəmizi  tanıyaq” tur-aksiyalarının təşkilini gənc nəslin təlim-tərbiyəsinin düzgün qurulmasına, vətənpərvərlik  ideyalarının təbliğinə yönəlmiş xüsusi bir dövlət  qayğısı olaraq izah edib.

Daha  sonra   tur-aksiyalar barədə geniş məlumat  verən rayon rəhbəri  keçirilən tur-aksiyalarda Füzuli  rayonundan 240 nəfərin iştirak  etdiyini diqqətə çatdırıb.

Çıxış edən müəllimlər, valideynlər və şagirdlər “Ölkəmizi tanıyaq” tur-aksiyalarının təşkili və  rayonumuza göstərdiyi diqqətə, qayğıya görə Prezident İlham  Əliyevə öz dərin minnətdarlıqlarını bildiriblər.

Sonda tədbir iştirakçılarına “Cəbhə bölgəsində yerləşən Horadiz bu gün” adlı videoçarx nümayiş  etdirilib.

Bu görüşün davamı olaraq  18 noyabr tarixində Horadiz şəhərində yerləşən Heydər Əliyev  Mərkəzində rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin iştirakı ilə “Ölkəmizi  tanıyaq” tur-aksiya iştirakçılarının təntənəli yolasalma  mərasimi keçirilib.

18.11.2018 10:16 / Baxılıb: 384 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
13.12.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo