Türkiyə ABŞ-dan YPG ilə əlaqəni kəsməsini tələb edir

ABŞ söz verdiyi kimi YPG ilə əlaqələrini kəsməlidir.

Azadinform-un məlumatına görə, bunu Kanadada keçirilən Halifaks Beynəlxalq Təhlükəsizlik Forumunda çıxışı zamanı Türkiyənin müdafiə naziri Hulusi Akar ABŞ əsgərləri ilə PKK terrorislərinin bir yerdə yayılan şəkillərinə münasibət bildirərkən deyib.

“Bu şəkillər mediada geniş yayılıb və xalqımız bundan narahat olub. Xalqımızın gözündə Amerika və amerikan ordusunun imici zərər görüb. İŞİD demək olar ki, zərərsizləşdirilməsinə rəğmən ABŞ YPG terror təşkilatına hələ də yük avtomobilləri və təyyarələrlə silah göndərir. Bunu qəbul etməyimiz mümkün deyil. Güney sərhədimizdə terror dəhlizinin formalaşmasına heç vaxt izn verməyəcəyik”, – deyə o vurğulayıb.

17.11.2018 22:05 / Baxılıb: 85 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    14.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo