Samuxda yarımstansiyada baş verən qəzada yaralanan montyor öldü

Samux rayonunda yarımstansiyada baş vermiş yanğın zamanı xəsarət alan şəxs dünyasını dəyişib.

Hadisə nəticəsində yanıq xəsarətləri alan 1978-ci il təvəllüdlü Həsənov Elmir Natiq oğlu noyabrın 16-da xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Samux rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (Əmək mühafizəsi qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkən şəxsin ölümünə səbəb olma) maddəsilə cinayət işi başlanıb.

Xatırladaq ki, noyabrın 14-də Gəncə Regional Elektrik Şəbəkəsinin Samux rayonunun Əhmədbəyli kəndindəki 330 KV-luq Gəncə yarımstansiyasının 5-ci hava xəttində qısaqapanmadan yanğın baş vermişdi.

Hadisə nəticəsində yarımstansiyanın elektrik montyoru Həsənov Elmir Natiq oğlu ağır yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilmişdi. (trend)

17.11.2018 21:09 / Baxılıb: 74 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    14.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo