Fransada etirazlar zamanı 200-dən çox insan xəsarət alıb

Bu gün Fransada benzinin qiymətinin qalxmasına qarşı keçirilən “Sarı jiletlilər“in etiraz aksiyası zamanı xəsarət alanların sayı 227 nəfərə çatıb.

Azadinform xəbər verir ki, bu barədə Fransa Daxili İşlər Nazirliyinin yaydığı son statistik məlumatda deyilir.

Bildirilir ki, yaralılardan 6-sının vəziyyəti ağırdır. Aksiya zamanı 117 nəfər saxlanılıb, onlardan 75 nəfəri nəzarətə götürülüb. Etirazlar zamanı 10-a yaxın polis və jandarma da yaralanıb.

Bu saatlarda aksiyalarda 282 min nəfərin iştirak etdiyi deyilir.

Qeyd edilir ki, aksiya iştirakçıları təkcə yanacağın qiymətinin və ona qoyulan vergilərin artırılmasına deyil, həm də ölkədə bütün qiymətlərin artımına öz etirazlarını bildirirlər.

17.11.2018 20:32 / Baxılıb: 91 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo