Azərbaycanın futbol üzrə U-19 yığması Gürcüstanı məğlub edib

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası Avropa çempionatının ilkin seçmə mərhələsində ikinci oyununu keçirib.

Azadinform xəbər verir ki, Tbilisi şəhərindəki Mixail Mesxi adına stadionda Gürcüstan yığması ilə qarşılaşan Vüqar Məmmədin baş məşqçi olduğu komanda 2:1 hesabı ilə qalib gəlib.

Hesabı 45+1-ci dəqiqədə meydan sahiblərinin futbolçusu Levan Xarabadze açıb. Lakin 66-cı dəqiqədə Tural Bayramov bərabərlik, 70-ci dəqiqədə Zahid Mərdanov qələbə topunu vurub. Qrupun digər oyununda İsrail Lixtenşteyni eyni hesabla yenib.

U-19 qrupda son oyununu noyabrın 20-də Lixtenşteynə qarşı keçirəcək.

Qeyd edək ki, Azərbaycan millisi ilk turda İsrailə uduzub - 1:4. Hazırda İsrail 6 xalla 1-ci pillədə qərarlaşıb. Azərbaycan və Gürcüstan hərəyə 3 xalla sonrakı 2 yeri tutur. Axırıncı pillədə isə hələ xalı olmayan Lixtenşteyn qərarlaşıb.

17.11.2018 20:05 / Baxılıb: 86 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    13.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo