Bu il Azərbaycanda sement və kərpic istehsalı artıb

AZADİNFORM. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilmiş məhsulun ümumi dəyəri 28,9% artaraq 512,1 mln. manat təşkil edib.

Azadinform-un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu ilin 10 ayında ölkədə 2 913,3 min ton sement istehsal edilib ki, bu da daha əvvəlki ilin yanvar-oktyabr ayları ilə müqayisədə 22,1% çoxdur.

Bu ilin yanvar-oktyabr aylarında ölkədə 245,1 min ton asfalt istehsal edilib ki, bu da ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə 90,7% çoxdur.

Bu ilin yanvar-oktyabr aylarında tikinti kərpicinin istehsalı 6,4% artaraq 251,8 min kubmetr təşkil edib. Bu ilin 10 ayı ərzində şüşə lifindən iplik istehsalı 66,2% azalaraq 239,8 ton olub.

Tikinti gipsinin istehsalı 51,5% azalaraq 40 min ton olub. Yanvar-oktyabr aylarında tikinti əhənginin istehsalı 10,9% azalaraq 24,6 ton təşkil edib.

Bu il ərzində sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı 71,7 ton olaraq, ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə 21,4% azalıb. Betondan yığma tikinti konstruksiyalarının istehsalı da 33,8% azalaraq 87,3 min kubmetr təşkil edib.

Ötən 10 ay ərzində hörmə üçün hazır beton qarışığının istehsalı 2,1 dəfə artaraq 1 198,1 min ton təşkil edib. Bu müddət ərzində ölkədə emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatların istehsalı 37,5% artaraq 26 387,4 ton təşkil edib. 

17.11.2018 18:16 / Baxılıb: 85 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo