Tramp Nensi Pelosiyə yardım edəcəyinə söz verib

ABŞ Prezidenti Donald Tramp Demokratlar Partiyasının Nümayəndələr Palatasındakı lideri Nensi Pelosiyə palatanın sədri olmaq üçün lazımi sayda səs toplamaqda komək edə biləcəyini bəyan edib.

Azadinform xəbər verir ki, bu barədə D.Tramp "Twitter"də yazıb.

"Nensi Pelosinin Nümayəndələr Palatasının spikeri olması üçün tələb olunan qədər səs toplamaqda kömək edə bilərəm. O, bu qələbəyə layiqdir, bunu özü qazanıb. Amma onun partiyasında qələbəni onun əlindən almağa çalışan insanlar var. O, qazanacaq!", - ABŞ Prezidenti yazıb.

Qeyd edək ki, noyabrın 6-da ABŞ Konqresinə aralıq seçkilər keçirilib. Respublikaçılar azı 52 yeri təmin edərək Senatda çoxluğu saxlayıblar, ancaq Nümayəndələr Palatasında çoxluğu itiriblər.

17.11.2018 17:43 / Baxılıb: 94 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    12.12.2018
    11.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo