Bu il əkin sahələrindən 14% çox məhsul götürülüb

AZADİNFORM. Bu il əkin sahələrindən ötən illə müqayisədə çox məhsul götülüb.

Azadinform Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, kənd təsərrüfatı bitkilərinin yığımı başa çatmaq üzrədir.

Noyabr ayının 1-nə kimi dənli və dənli paxlalı bitkilərin (qarğıdalısız) 1 051,4 min hektar əkin sahəsinin 1049,1 min hektarı biçilmiş və həmin sahələrdən 3 057,7 min ton və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 13,6% çox məhsul götürülüb. Orta hesabla hər hektardan 29,1 sentner məhsul əldə edilib. Bundan əlavə, 31,6 min hektar dən üçün qarğıdalı sahəsindən 202,0 min ton məhsul toplanmış, hər hektardan orta hesabla 64,0 sentner qarğıdalı dəni götürülüb. Qarğıdalı dəni nəzərə alınmaqla ölkə üzrə taxıl istehsalı 3259,7 min ton olub.

Bundan başqa, 2018-ci il noyabr ayının 1-nə kimi sahələrdən 1390,2 min ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 5,6% çox tərəvəz, 885,5 min ton (keçən ilki qədər) kartof, 401,6 min ton (8,2% az) bostan məhsulları, 804,1 min ton (11,7% çox) meyvə və giləmeyvə, 146,3 min ton (7,8% çox) üzüm, 845,2 ton (20,2% çox) yaşıl çay yarpağı, 271,7 min ton (1,5% az) şəkər çuğunduru, 188,0 min ton (21,8% çox) pambıq, 24,1 min ton (19,4% az) dən üçün günəbaxan, 4,8 min ton (6,6% çox) tütün yığılıb.

17.11.2018 17:21 / Baxılıb: 124 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    14.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo