Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 3% artıb

AZADİNFORM. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2017-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 2,7% artaraq 7 117,0 mln. manat olub.

Azadinform-un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hüquqi şəxslər tərəfindən əhaliyə 5 203,8 mln. manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 73,1%-ni təşkil edib.

Bu ilin yanvar-oktyabr aylarında hər bir ölkə sakini orta hesabla 725,3 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 30,6 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

17.11.2018 17:05 / Baxılıb: 87 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    12.12.2018
    11.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo