İraq Prezidenti İranda səfərdədir

İraq Prezidenti Bərhəm Salehin başçılıq etdiyi nümayəndə heyəti noyabrın 17-də Tehrana səfər edib.

Azadinform İran KİV-inə istinadən xəbər verir ki, səfər iki gün sürəcək.

Bildirilib ki, o, İran Prezidenti Həsən Ruhani və başqa rəsmilərlə görüşəcək. Görüşlərdə İran-İraq əlaqələrinin genişləndirilməsi, regional və beynəlxalq məsələlər müzakirə ediləcək.

Səfər zamanı ölkə rəsmiləri arasında əməkdaşlıqla bağlı bir neçə sənədin imzalanacağı da gözlənilir. Görüşün sonunda prezidentlər birgə mətbuat konfransı keçirəcək.

17.11.2018 16:09 / Baxılıb: 90 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    14.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo