Nigerdə iri neft yatağı aşkar edilib

Əlcəzairin “Sonatrach” şirkəti Nigerin Əl-Kəfra rayonunda yeni neft yatağı aşkar edib.

Azadinform-un Nigerin dövlət televiziyasına istinadən verdiyi məlumata görə, bu, ölkənin ən iri yatağıdır.

Belə ki, “Sonatrach” şirkəti ötən ilin sonundan Niger və Əlcəzair arasındakı sərhəddə neft kəşfiyyatı aparır. Şirkət 2017-ci ildə bildirib ki, Əl-Kəfra rayonunun ərazisində ümumi sahəsi 24 min kilometr olan neft yatağı mövcuddur. Yaxın günlərdə Çin şirkəti Nigerin Cənub-Şərqindəki Aqadem rayonunda gündəlik olaraq 90 min barel neftin hasilatına başlayacaq.

Nigerin Neft Nazirliyinin məlumatına əsasən, hazırda ölkədə gündəlik olaraq 20 min barel neft hasil edilir.

Qeyd edək ki, Niger Afrikanın kasıb ölkələrindən biridir və zəngin uran ehtiyatlarına malikdir. 

17.11.2018 15:54 / Baxılıb: 110 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    25.05.2019
    24.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo