Azərbaycanda minik avtomobillərinin istehsalı 20 dəfədən çox artıb

AZADİNFORM. Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 241,1 mln. manatlıq məhsul istehsal edilib.

Azadinform-un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil istehsalı 26,5 dəfə artıb, maşın və avadanlıqların istehsalı 17,7%, sair nəqliyyat vasitələrinin istehsalı isə 65,6% azalıb.

Dövr ərzində məişət kondisionerlərinin istehsalı olmayıb. Bununla yanaşı 1 220 ədəd traktor istehsal edilib ki, bu da 2017-ci ilin 10 ayı ilə müqayisədə 9,6% çoxdur.

Bu ilin 10 ayı ərzində Azərbaycanda 610 ədəd minik avtomobili istehsal olunub ki, bu da ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə 20,3 dəfə çoxdur. Bu dövr ərzində mancanaq dəzgahlarının istehsalı 2,4 dəfə, ştanqlı quyu nasoslarının istehsalı 1,6% artıb.

17.11.2018 15:11 / Baxılıb: 89 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    12.12.2018
    11.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo