Məşhur hücumçu "Real Madrid"ə təklif olunub

Fransanın “Monako” klubunun futbolçusu Radamel Falkao İspaniya təmsilçisi “Real Madrid”ə təklif olunub.

Azadinform “Marca”ya istinadən xəbər verir ki, 33 yaşlı kolumbiyalı hücumçunun agenti bu məqsədlə madridlilərlə danışıq aparıb.

Paytaxt klubunun rəhbərliyi isə bu variantı gözdən keçirəcəklərini, lakin daha çox gənc oyunçuların transferində maraqlı olduqlarını bildirib.

Fransa çempionatının geridə qalan 13 turundan 7 xal toplayan “Monako” “Genqam”la birlikdə son 2 pilləni bölüşür. Falkaonun hesabında 4 qol və 1 məhsuldar ötürmə var.

Qeyd edək ki, Falkaonun “Monako” ilə 2020-ci ilin iyun ayınadək müqaviləsi mövcuddur. O, karyerası ərzində Argentinanın “River Pleyt”, Portuqaliyanın “Portu”, İspaniyanın “Atletiko”, İngiltərənin “Çelsi” və “Mançester Yunayted” komandalarının formasını geyinib. 

17.11.2018 14:28 / Baxılıb: 73 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo