Əvvəlki ilin məzunları imtahanların hər iki mərhələsində iştirak etməlidirlər

Samir Soltanov/AZADİNFORM. “Hər il keçirilən imtahanlarda əsasən həmin ilin məzunları iştirak edirlər. Bu, 60 faiz, hətta elə olub ki, 70 faiz təşkil edib. Əvvəlki ilin məzunları da bu imtahanların həm birinci, həm də ikinci mərhələsində iştirak etməlidirlər”. 

Azadinform xəbər verir ki, bu barədə jurnalistlərə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, birinci mərhələdə - buraxılış imtahanında onlar üç fəndən imtahan verəcəklər. İkinci mərhələ qəbul imtahanıdır: “Həmin mərhələdə də onlar iştirak etməlidirlər. Təbii ki, elə məzunlar var ki, onlar yalnız qabiliyyət tələb edən ixtisasları seçirlər. Elə məzunlar var ki, ali məktəbə deyil, orta ixtisas məktəblərinə, texniki məktəblərə, kolleclərə qəbul olunmaq istəyirlər. Onlar üçün kifayətdir ki, birinci mərhələdə olan imtahanları versinlər. Həmin ballarla onlar qabiliyyət tələb edən ixtisasa aid imtahan verirlər, ya da orta ixtisas məktəbinə qəbul olunurlar. Əgər onlar ali məktəblərə qəbul olmaq istəyirlərsə, ikinci mərhələdə də iştirak etməlidirlər”. 

“Ümumiyyətlə, mən bu il imtahana hazırlaşan abituriyentlərə, onların valideynlərinə və müəllimlərə müraciət edirəm ki, yeni model imtahanlarla əlaqədar məlumatları rəsmi mətbu orqanımız "Abituriyent" jurnalından və rəsmi saytımızdan, "Facebook" səhifəmizdən əldə etsinlər. XI və IX sinfin buraxılış imtahanlarına aid olan xüsusi "Abituriyent" jurnalının nömrələri dərc olunub və siz onları əldə edə bilərsiniz”, - deyə M.Abbaszadə bildirib.

17.11.2018 13:25 / Baxılıb: 62 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo